Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirildi.

07 may 2018 | 11:00

07.05.2018-ci il tarixdə Xətai rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirildi.
Tədbir dövlət himninin səslənməsi ilə başladı. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Ümummilli lider zəngin həyatını Azərbaycan dövləti və xalqına həsr edib. İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Ulu Öndərin Respublikaya rəhbərlik etdiyi zaman kəsiyi Azərbaycan tarixinə inkişaf mərhələsi kimi daxil olub. Ulu Öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub.  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi Füzuli Salahov isə çıxışında  vurğuladı ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
Tədbirin növbəti gedişatında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının , idmançıların, rəqqasların, məktəblilərin, gül-çiçək geyimində olan uşaq bağçalarının körpələrinin iştirakı ilə parad nümayiş olundu.
Tədbirin sonunda incəsənət ustalarının rəngarən musiqiləri səsləndirildi.

Keçidlər