Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaş Türkiyədən qonaqlar Ulu Öndərin doğum gününün 95-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Xətai rayonuna gəlib

07 may 2018 | 11:00

Ulu Öndər Heydər Əliyevin doğum gününün 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər ölkəmizdə və xaricdə böyük coşqu və təntənə ilə qeyd olunur. 

Bu günlərdə Xətai rayonu ilə qardaş şəhər olan Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində Xətai rayon İcra Hakimiyyətinin və Tarsus Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 95-illiyi münasibətilə  Tarsusda Heydər Əliyev adına parkda böyük coşqu ilə qeyd edildi.
Keçirilən silsilə tədbirlərin yekunu 9 may 2018-ci il tarixdə Xətai rayonunda Heydər Əliyev parkında Türkiyədən, Belarusdan və Yaponiyadan  olan, eləcə də yerli  sənətçilərin iştirakı ilə Azərbaycan Dövlət Televiziyası ilə birgə möhtəşəm bayram konserti təşkil olunacaq.Türkiyədən Sərdar Ortacın və Laranın,  Belarusdan Aleysanın, Yaponiyadan məhşur caz ustası Yamamoto Kyokonun və yerli müğənnilərin iştirakı ilə baş tutacaq  konsert Azərbaycan televiziyası ilə canlı yayımlanacaq.
Bu tədbirlərdə iştirak etmək üçün artıq qardaş Mersindən qonaqlar – Tarsus Bələdiyyə Başkanının müavini Ali Bağrik, Tarsus Təmizlik işləri müdüri  İbrahim Egitmən, Tarsus Bələdiyəsi İnsan Resursları müdürü Mehmet Bulut, Protokol Müdüri Erol Oğuz, Tarsus Çukurova Kampus Okullarının Genel müdürü Erdal Portakal və Kampus Okullarının müdürü Ahmet Yağlı Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovla görüşmüşlər. Razim Məmmədov qonaqları salamlayaraq dəvətlərini qəbul edib Ulu Öndərin 95-illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya gəldikləri üçün minnətdarlıq bildirmişdir.  Nümayəndə Heyətinin rəhbəri Ali Bağrik belə bir isti qarşılanma və qonaqpərvərliyə görə öz minnətdarlığını bildirmişdir.  Qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və slaydlara baxmışlar. Sonra qonaqlar Bakı ilə tanış olmuş, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını,  Türk Şəhidliyini və Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmişlər.

Keçidlər