Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Yaponiyadan gələn qonaqlar İcra hakimiyyətində olublar
Xətai rayon İcra Hakimiyyətində Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə Xətai rayonunda keçiriləcək tədbirlərdə iştirak etmək üçün Yaponiyadan gələn qonaqlarla görüş keçirildi.
Qonaqları səmimi salamlayan rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri arasında isti dost münasibətləri mövcuddur. Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirən R.Məmmədov rayonun Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərinə malik olduğunu deyib.
Razim Məmmədov ölkələrimizin dostluq münasibətlərinin xalqlarımız arasında da yayılmasının əhəmiyyətini qeyd edib, regionlararası əməkdaşlığın münasibətlərdə yeni imkanlar yaradacağına əmin olduğunu bildirib. Bu məqsədlə, Yaponiya və Azərbaycan dövlətləri arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılması vacibdir.
Görüşdə iştirak edən Yaponiyanın tanınmış “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi və məhşur müğənni Yamamoto Kyokonn bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafı istiqamətində səylərini artıracağını, növbəti birgə layihələrdə iştirak etməyə hazır olduğunu vurğulayıb.