Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyədən gələn qonaqlar "Zəkalar" liseyində və Ulu Öndərin adını daşıyan liseydə olublar.

08 may 2018 | 11:00

Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə  keçiriləcək tədbirlərdə  iştirak etmək üçün Türkiyənin Tarsus şəhərindən gələn nümayəndə heyəti-Tarrsus Bələdiyyə Başkanının müavini Ali Bağrik, Tarsus Təmizlik işləri müdüri  İbrahim Egitmən, Tarsus Bələdiyəsi İnsan Resursları müdürü Mehmet Bulut, Protokol Müdüri Erol Oğuz, Tarsus Çukurova Kampus Okullarının Genel müdürü Erdal Portakal və Kampus Okullarının müdürü Ahmet Yağlı Tarsusdakı "Kampus okulları" ilə qardaşlaşmış məktəb olan   "Zəkalar" liseyində olublar.

Qonaqları əllərində Türkiyə və Azərbaycan bayraqları tutmuş liseyin şagirdləri böyük coşqu ilə qarşılayıblar.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Jalə Abdıyeva  ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışdı.

Tədbir şagirdlərin ifasında Türkiyə-Azərbaycan dostluğunu tərənnüm edən şeirlər, mahnılar və rəqslərdən ibarət bədii hissə ilə davam edib. 

Sonda xatirə şəkilləri çəkdirilib.

Silsilə görüşlər çərçivəsində qonaqlar rayondakı Heydər Əliyev adına liseyə gələrək Ulu Öndərin büstü qarşısına tər çiçəklər düzüb, ehtiramlarını bildiriblər.

Qonaqlar ingilis dili dərsinində iştirak edib, daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Rayondakı Humanitar Fənnlər Təmayüllü liseyə gələn qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub dərslərin gedişatını izləyiblər.

 

 

Keçidlər