Qardaş Tarsus şəhərindən olan nümayəndə heyəti paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olublar
Qardaş Tarsus şəhərindən olan nümayəndə heyəti paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olublar.
İlk öncə Xətai rayonundakı Heydər Əliyev parkına gələn qonaqlar Ulu Öndərin abidəsini ziyarət edərək ehtiramlarını bildiriblər.
Parkı gəzən qonaqlara parkın ərazisində yaradılan "Yapon bağı" haqqında geniş məlumat verilib.
Daha sonra Türkiyəli qonaqlar Heydər Əliyev Muzeyində olmuş, onlara Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi, eləcə də təqdim olunan sərgilər barədə məlumat verilib.
Qonaqlar Xətai rayonunda "Ağ şəhər" layihəsi çərçivəsində görülən işlərlə də tanış olmuş, ofis bunasında onlara layihə haqqında geniş məlumat verilmişdir.