Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilmişdir.

16 may 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edilmişdir.
Müsabiqənin yekun sərgisi 15 may 2018-ci ildə  Xətai Sənət Mərkəzində keçirilmişdir.
16-29 yaş arasında olan gənclər və tələbələr, eləcə də, həvəskar rəssamlar arasında keçirilən müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılmasından ibarətdir. Müsabiqəyə 250-yə yaxın həvəskar və rəssam  400-dən çox əsəri ilə qatılmışdır.

Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək gənclərə göstərilən dövlət qayğısından söhbət açmışdır.
Qaliblər üçün üç əsas mükafat, eləcə də, Vətənpərvərlik nominasiyasında çəkilmiş rəsm əsərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman verilmişdir.

Keçidlər