Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi və Beynəlxalq Muzeylər Günü münasibətilə rayon məktəblilərinin İstiqlal Muzeyinə ekskursiyası təşkil edilmişdir

18 may 2018 | 11:00

 Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi və 18 may-Beynəlxalq Muzeylər Günü münasibəti ilə Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Gənclər və İdman İdarəsinin, Xətai rayon Bələdiyyəsi üzvlərinin və bir qrup rayon məktəblilərinin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edilmişdir.

Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, əslində bu muzeyin tarixi daha uzaq dövrə – 1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırmışdır. Lakin muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etmişdir. Beləliklə, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən yaradılmışdır. O, Azərbaycanın görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə təsis olunub və İstiqlal adını daşıyıb. Birinci yaradılan muzeydən heç bir eksponat qalmasa da 1991-ci ildə yaradılmış muzey Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun 23 dekabr 1992-ci il sərəncamı ilə “İstiqlal” adını alaraq birinci muzeyin mənəvi varisi oldu. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir.

Keçidlər