RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
21 may 2018-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qəbulda ümumilikdə 20 vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Svetlana Əhmədova, Mira Qurbanova, Südabə Rəhimova, Məlahət Əhmədova, Kamran Dadaşov, Elxan Şeydayev, Yeganə İsmayılova və digər vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər dinlənilmişdir.
Həmçinin, dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan, rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində lazımi köməklik və maddi yardım olunmuş rayon sakinləri Qönçə Səmədova, Tahirə Ələkbərova, Sevda Bayramova növbəti dəfə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişlər. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.
Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.