Xətai rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev parkında tədbir keçirilib
22 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar rayon ərazisində yerləşən H.Əliyev adına parkda tədbir keçirilmişdir.
İlk öncə ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, Xətai rayon Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova, Xətai rayon Ağsaqqallar şurasının sədri Qurbanəli Əlizadə bildiriblər ki, Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları qısa müddət ərzində demokratik respublika təsis edərək, ölkədə demokratik təsisatlar, parlament, konstitusiya yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi bir çox uğurlara imza atıblar.
Natiqlər həmçinin bildiriblər ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı olub. Bu, bir tarixdir və heç cür unudula bilməz.
Tədbirin növbəti gedişatında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının, rəqqasların, məktəblilərin, gül-çiçək geyimində olan uşaq bağçalarının körpələrinin iştirakı ilə parad olub.
Tədbirin sonunda incəsənət ustalarının rəngarəng musiqiləri səsləndirilib.