Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı rayon ağsaqqalının yubleyinin keçirilməsi ilə bağlı tapşırıq verdi

24 may 2018 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı   Razim Məmmədov  millət vəkili Hüseynbala Mirələlmovun və rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə rayonun tanınmış ağsaqqalı, əməkdar müəllim, həyatının 60 ildən çoxunu gənc nəslin inkişafına, rayonun ictimai-siyasi həyatında yaxından iştiraka həsr etmiş, Respublika Ağsaqqallar Şurasının üzvü Qurbanəli Əlizadəni   qəbul edib.
Rayon ağsaqqalının qayğıları ilə yaxından maraqlanan Razim Məmmədov onu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib.
Görüşdə İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, Qurbanəli Əlizadənin   oktyabr ayında 90 yaşı tamam olacaq. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yubiley tədbirini  yüksək səviyyədə qeyd etmək üçün müvafiq şəxslərə xüsusi tapşırıqlar verib.  

Keçidlər