Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu ilə qardaşlıq münasibətləri olan Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz və Tarsus Bələdiyyəsinin sədri Şövkət Can Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər

26 may 2018 | 11:00

https://president.az/articles/28778 

https://azertag.az/xeber/Turkiye_Respublikasinin_Mersin_Boyukseher_Belediyyesinin_sedri_Burhaneddin_Kocamazdan-1166520

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi və Azərbaycan xalqını Mersin sakinləri adından, şəxsən öz adımdan səmimiyyətlə salamlayır, sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

Azərbaycanla Türkiyə arasındakı əlaqələri daim yüksək dəyərləndiririk. Vətəninizin birliyi və millətinizin müstəqilliyi uğrunda apardığınız mübarizədə qazanılmış zəfərin – bu yolda ən böyük addım olan Cümhuriyyətin yaradılmasının 100-cü ildönümündə Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Birlik və bərabərlik ab-havasının davamlı olması, qardaşlığımızın gündən-günə daha da inkişaf etməsi, Vətənimizin gələcəyə güvənlə baxan daha güclü bir ölkə olması diləyi ilə ən səmimi sevgi və salamlarımı Sizə çatdırıram.

Hörmətlə,

Burhanəddin Kocamaz

   https://president.az/articles/28777

https://azertag.az/xeber/Turkiye_Respublikasinin_Tarsus_Belediyyesinin_sedri_Sovket_Candan-1166521

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Tarsus sakinləri adından və şəxsən öz adımdan Sizə, Azərbaycan xalqına Türkiyədən qucaq dolusu sevgi və salamlarımızı çatdırıram.

Biz Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən qardaşlıq əlaqələrini hər zaman yüksək dəyərləndiririk. Yüz il bundan əvvəl xalqınızın müstəqillik uğrunda mübarizəsinin nəticəsi olan haqlı zəfərinizin ildönümü – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaşlığımızın və dostluğumuzun bundan sonra da möhkəmlənməsini və əbədi davam etməsini diləyir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Şövkət Can

Qeyd edək ki, Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək Tarsus şəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazın rəhbərliyi ilə qardaş Türkiyədən nümayəndə heyəti   Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.

Parkda tuncdan hazırlanmış, çəkisi 3 tona yaxın olan abidənin hündürlüyü 5 metrdir. Abidənin postamenti qara mərmərdəndir. Parkda, həmiçinin 20 kvadratmetrlik rəngli monitor və uşaq əyləncə elementləri quraşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, dekorativ gül kolları əkilib.
Parkın və abidənin  açılışı münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbirdə Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can,  Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələrivə digər tanınmış şəxslər də iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Keçidlər