Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşın şikayəti ilə yerində tanış olmuşdur
2 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş, rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində lazımi köməklik və maddi yardım olunmuş rayon sakini vətəndaş Səmədova Qönçə Hacağa qızının şikayəti ilə bağlı fərdi yaşayış evinin tikintisi üçün ona ayrılan ərazidə olmuşdur.
Ərazidə olarkən orada yaşayan sakinlər Q.Səmədovanın əsassız iddialarla onları da narahat etdiyini rayon İcra Hakimiyyətinin diqqətinə çatdırmışlar.
Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüş zamanı bir daha Q.Səmədovanın müraciəti diqqətlə dinlənilmiş, və ona qaldırdığı məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, müvafiq izahat verilmişdir.
Eləcə də əlaqədər təşkilatlara və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.