Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

04 iyun 2018 | 11:00

4 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri  iştirak edib.
  Qəbulda ümumilikdə 25 vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən  Cahan Məmmədova, Svetlana Əhmədova, Eldar Abışov, Rafiq Lətifov, Gündüz İsmayılov, şəhid atası Nazim Cəfərov, şəhid atası Məmməd Nuriyev  və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal məsələlər  ilə bağlı müraciətlər dinlənilmişdir.
    Həmçinin, dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan, rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində lazımi köməklik  olunmuş  rayon sakini Səmayə Abdullayevanın fərdi yaşayış evinin tikintisi, şəhid anası Nübar Xudaverdiyevanın torpaq sahəsinin sənədləşdirilməsi, paraolimpiya çempionu Gündüz İsmayılovun qaraj yerinin ayrılması, "Ağ şəhər" layihəsi çərçivəsində bir qrup sakinin  köçürülməsi və kompensasiyanın verilməsi,  Mehriban Nərimanovanın həyətlərinin abadlaşdırılması ilə bağlı müraciətləri dinlənilmişdir.

   Vətəndaşların  müraciətləri  rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur. Həmçinin sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
   Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Keçidlər