Xətai rayon İcra Hakimiyyətində “Mülki Müdafiə işinin təşkili və rayon ərazisində fəaliyyət göstərən müəssisələrin hazırlıq vəziyəti” mövzusunda tədbir keçirilib.
Xətai rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə “Mülki Müdafiə işinin təşkili və rayon ərazisində fəaliyyət göstərən müəssisələrin hazırlıq vəziyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Əhmədov bildirib ki, Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq 03 may 2018-ci il tarixdə rayonun ərazi mülki müdafiə qüvvələri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki məşqi keçirilmişdir.
Xəbərdarlıq və toplanış məşqinə Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin şəxsi heyəti, ərazi qüvvələrinin komandir, rəis və şəxsi heyəti cəlb olunmuşdur.
Ərazi Mülki Müdafiə qüvvələrinin toplanışı “Dəniz-333” şərti siqnalı ilə elan edilmişdir. Qüvvələrə və cəlb edilmiş texniki və avadanlıqlara xəbərdarlıq siqnalı üzrə təyin olunmuş vaxtda öz xidməti yerlərində sıra baxışı keçirilmişdir.
Baxış zamanı məşq iştirakçılarına Xətai Rayon İcra Hakimiyyəti Başçısının məşqin keçirilməsi barədə 24 aprel 2018-ci il tarixli 128 nömrəli sərəncamı çatdırılmış, ərazi qüvvələrinin təchizatı yoxlanılmış, şəxsi heyətin funksional vəzifələri dəqiqləşdirilmişdir.
Digər çıxış edənlər Xətai rayon Fövqəladə Hallar və mülki müdafiə şöbəsinin rəisi polkovnik – leytenant Rəfail Musayev, FHN Mülkü Müdafiə İdarəsinin rəisi Mirzə Əsgərov, FHN Mülkü Müdafiə İşinin təşkili Baş İdarəsinin rəisi polkovnik Fərhad Səmədov, İdarə rəisinin müavini polkovnik Cavanşir Həşimov Mülki Müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən müəssisə və təşkilatlarda bu məsələyə diqqəti artırmağı və fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq edilmiş tədbirlər planına uyğun qurmalarını tövsiyyə etmişlər.