Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

11 iyun 2018 | 11:00

11 iyun  2018-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri  iştirak edib.
  Qəbulda ümumilikdə 21  vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Nazim Cəfərov, Qönçə Səmədova, Tutu Həsənova, Reyhan Məmmədova, Yadulla Xudaverdiyev, Sevda Həsənova, Zərifə Hacıyeva və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal məsələlər  ilə bağlı müraciətlər dinlənilmişdir.
 Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
   Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Keçidlər