Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan ayı münasibətilə Xətai rayonunda iftar süfrəsi açılmışdır

12 iyun 2018 | 11:00

12 iyun 2018-ci il tarixdə Xətai rayon İcra hakimiyyəti tərəfindən Əhmədli məscidində iftar süfrəsi açılmışdır.

Mərasimdə  rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ, 20 Yanvar, Çernobıl əlilləri və digər imtiyazlı şəxslər, rayon sakinləri  iştirak etmişlər.

300 nəfərin  iştirak etdiyi mərasimdə əvvəlcə, Qurani-Kərimdən surələr oxunmuş, dualar edilmişdir.

Əhmədli məscidinin axundu Murad Cəfərov və digər çıxış edənlər İslami dəyərlərin qorunub saxlanılmasının vacibliyindən , bu müqəddəs ayın mahiyyətindən, fəzilətindən söhbət açmış, ölkəmizin firavanlığı üçün çalışmış Ulu Öndər Heydər Əliyevin,  torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar etmişlər. Mərasimdə həmçinin bildirilib ki, Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın  fəaliyyətləri nəticəsində bu gün Azərbaycanda vicdan azadlığı, dini tolerantlıq hökm sürür.

Sonda mərasim iştirakçıları iftar süfrəsi üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər