RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VƏTƏNDAŞI QƏBUL ETDİ
20 iyun 2018 | 11:00
20.06.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş, İcra Hakimiyyətinin səlahiyyətiləri çərçivəsində mümkün köməklik göstərilmiş rayon sakinləri - Abdullayeva Səmayə və onun qızını növbəti dəfə qəbul etmişdir.
Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.