Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 11--də Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.

12 yanvar 2014 | 11:00

Yanvarın 11-də Xətai rayonunda, M.Rüstəmov küçəsində təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 180 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.Bundan əlavə Kənd Təsərrüfatı nazirinin müvafiq razılıq məktubu əsasında müxtəlif firma və müəssisələrdən 6 maşın müxtəlif şirniyyat, yumurta, toyuq və toyuq məhsulları satışa çıxarılmışdır.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ət, süd və s.  məhsullar satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Keçidlər