Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində tədbirlər davam edir

25 iyun 2018 | 11:00

Xətai rayonunda ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu məqsədlə sakinlər tərəfindən daxil olan şikayət və müraciətlərə daha operativ reaksiya verilməsi üçün keçirilən səyyar qəbullar zamanı, eləcə də rayon İcra Hakimiyyətinə, qəsəbə və sahə İnzibati ərazi dairələri üzrə nümayəndəliklərə daxil olan müraciətlər yerində araşdırılır və tədbirlər görülür.
Bu günlərdə rayon İcra Hakimiyyətinə vətəndaş Rəsmiyyə Qocayeva tərəfindən daxil olmuş müraciətdə, Telnov küçəsi 8 ünvanda yerləşən yaşayış binasının arxa tərəfində  yarıqurumuş və qəzalı vəziyyətdə olan 2 ədəd qovaq ağacının götürülməsi xahiş olunmuşdur.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin 18.04.2018-ci il tarixli rəyi əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinin nəzarəti ilə həmin ağacların kəsilməsi və əvəzində ərazidə həmişəyaşıl ağacların əkilməsi şərti ilə icra olunmuşdur.
Verilmiş rəyin icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə riayət edilərək həyata keçirilmişdir. 
Həmçinin, rayonun Azadlıq küçəsində də  sakinlərin müraciətləri əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin  rəyi ilə Ətraf Mühitin Mühafizəsi Departamentinin nəzarəti ilə qurumuş ağacların götürülməsi həyata keçirilmişdir.

Keçidlər