Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbirlər keçirilir

28 iyun 2018 | 11:00

26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədilə rayonunun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xətai Bələdiyyəsində “Sağlam gənclik gələcəyin qarantıdır” adlı, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Bəşəriyyətin faciəsi” adlı, M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Bəla” adlı tədbirlər keçirilmişdir.

Tədbirlərdə Xətai RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, RİH-in nümayəndələri, Başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Rüstəmov, Bələdiyyə üzvləri, həkim – yazıçı Asif Kəngərli, İctimai Birlik nümayəndələri iştirak etmişlər.

Tədbirlərdə çıxış edən RİHBA-nın şöbə müdiri Pənah İmanov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Bu gün Azərbaycan gəncinin səsinin dünyanın ən nüfuzlu universitetlərindən, aparıcı tibb ocaqlarından gəldiyi bir zamanda bu cür xəstəliyə düçar olmuş gənclərin düşdüyü vəziyyətin barışılmaz olduğunu  diqqətə çatdırıb.

Tədbirlərdə çıxış edənlər narkomaniya və onun  cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumatlar vermiş, bu bəlaya düçar olan insanlara biganə qalmamağa və onları doğru yola çəkməyə səsləmişlər.

 

 

Keçidlər