Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda səkilərin standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparılır

05 iyul 2018 | 11:00

Mütəxəssislər tərəfindən Bakı şəhərində piyada səkiləri təhlil edilərək müəyyən edilmişdir ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilmişdir, ya da, ümumiyyətlə standartlara cavab vermir.
Bu da şəhərimizdə piyada mühitinin inkişafına mane olmaqla yanaşı, piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır.
Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə riski artır.
Qeyd olunanları nəzərə alaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən  nəqliyyat vasitələrinin  və piyadaların təhlükəsiz,  fasiləsiz və  rahat hərəkətini təmin etmək, piyada mühitinin yaxşılaşdırılması məqsədilə  rayon ərazisində qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilmiş səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi istiqamətində müvafiq  işlər aparılır.

Keçidlər