Hər həftənin bazar ertəsi günləri keçirilən rayon İcra Hakimiyyətinin başçısının vətəndaşların qəbulu ilə bağlı 13.01.2014-cü il tarixə olan məlumat
13.01.2014-cü il tarixdə keçirilən Xətai rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 18 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Heydərova Şövkət, Hüseynova Səbiyə, Mehdiyev Tərlan, Məmmədova Rəna, Əlizadə Sənan, Kərimov Elman və s. tərəfindən, əsasən sosial və kommunal məsələrin həlli, o cümlədən liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik və s. məsələr ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin, Nobel prospekti 27 ünvanda yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı poblemləri dinlənilmişdir. Belə ki, “Ağ şəhər”in tikintisi ilə əlaqədar ərazidə təhlükəli vəziyyət yaranmış, tez-tez elektrik və su xətlərində nasazlıqlar baş vermişdir. Şikayətçilərə məlumat verilmişdir ki, bu məsələlər ilə əlaqədar İcra Hakimiyyəti adından müvafiq təşkilatlara, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciətlər olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin daha çox diqqətdə saxlanılması, təxirəsalınmaz tədbirlərin görülməsi haqda məsul şəxslərə göstəriş verdi, qəbulda iştirak edən bütün xidmət sahələrinin rəhbərlərinə bu problemlərə həssaslıqla yanaşmağı, xüsusən də qış mövsümündə su, qaz, işıq, istilik problemlərinin yaranmaması üçün vaxtında tədbirlər görülməsini tapşırdı.