Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın "KOSUGİ-ZOHEN" şirkətinin nümayəndələri "Mamır bağı" ilə əlaqədar yerli mütəxəssislərlə məsləhətləşmələr aparıb

07 iyul 2018 | 11:00

Məlumat verildiyi kimi son illər Azərbaycan–Yaponiya dostluq münasibətləri çərçivəsində Xətai rayonunda bir sıra tədbirlər və layihələr həyata keçirilir. Belə layihələrdən biri olan Heydər Əliyev parkında salınacaq Mamır bağı ilə əlaqədar Yaponiyanın tanınmış "KOSUGİ-Zohen" şirkətinin rəhbəri və nümayəndə heyəti növbəti dəfə Bakıya gəlmişdir.
İyul ayının 5–də şirkətin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşları,  mamır və yosun bitkiləri üzrə mütəxəssislər- biologiya üzrə fəlsəfə doktorları Aygün Məmmədova,   Şəkər Muxtarova, Yusif Zeynalov  rayon İcra Hakimiyyətinin məsul işçiləri  ilə birgə əraziyə baxış keçirmişlər.
Görüşdə bildirilmişdir ki, Yaponiyadan gətirilməsi nəzərdə tutulan mamır növlərinin  bir qismi zəngin floraya malik olan Azərbaycanda  da möcuddur. Ərazidə lazımi iqlim mühiti və şəraiti yaradıldıqdan sonra mamırın yetişdirilməsi və yayılması mümkündür. Qarşılıqlı müzakirələrdən sonra qərara alındı ki, əkilmək üçün mamır növləri seçilsin və test edilsin. Paralel olaraq, ərazinin qeodeziya layihəsi hazırlansın və  “Kosugi Zohen” şirkətinin  dizaynerləri tərəfindən qədim yapon mədəniyyətini özündə əks etdirən atributlarla hazırlanan layihədə təklif olunan tövsiyələr də nəzərə alınsın.
Növbəti gün yapon şirkətinin nümayəndələri  Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda olmuşlar. İnstitutun direktoru, biologiya elmləri doktoru, akademik Validə Əlizadə qonaqları salamlayaraq Xətai rayon İcra Hakimiyyətinin və  "KOSUGİ-Zohen" şirkətinin   birgə layihəsini alqışlayaraq bildirmişdir ki, rəhbərlik etdiyi institutn əməkdaşları bu nəcib işə bütün mümkün köməkliyi göstərəcək. Sonra qonaqlar institun laboratoriyasında saxlanılan bir sıra mamır növləri və digər bitkilərlə tanış oldular.
       Xətai rayon İcra Hakimiyyətində keçirilən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı   Razim Məmmədov şirkətin rəhbəri Saki Kosugini və şirkətin meneceri Andreas Hamakeni,   Azərbaycan Milli Elmlər Akademiyasının alimlərini salamladı. Başçıya iki gün ərzində görülən işlər barəsində məlumat verildi.
     Razim Məmmədov layihənin başlanması və bu işdə əməkdaşlıq edəcək hər kəsə öz təşəkkürünü bildirərək qeyd etdi ki, hələ təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan – Yaponiya münasibətləri bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, günbəgün daha da dərinləşir. Bütün sahələrdə əlaqələr genişlənir, qarşılıqlı səfərlər təşkil olunur. Xətai rayonu da bu istiqamətdə fəaliyətini davam etdirilir. Bildiyiniz kimi Heydər Əliyev parkında gözəl “Yapon bağı” salınıb. Artıq bura paytaxtımızın sakinlərinin və qonaqlarının sevimli yerlərindən birinə çevrilib. Bu parkda və “Yapon bağı”nda Yaponiyanın Azərbaycandakı səfirləri, İşikava perefekturasının Komatsu şəhərinin Meri və parlamentinin rəhbəri, İşikava perefekturasının Şika şəhərinin nümayəndəsi, EXPO – 2017 Yapon məhsulları şərgisində iştirak edən iş adamları və digər mötəbər  qonaqlar olub və xoş təəsüratlarını bildiriblər.
       2017-ci ildə Xətai rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə  nümayəndə heyəti növbəti dəfə Yaponiyada işgüzar səfərdə olarkən  Komatsu şəhəri yaxınlığında “Müdriklər meşəsi” ərazisində “Hiyo” Mamır bağı ilə tanış olmuşdur. Səfər zamanı  təklif olunmuşdur ki, Xətai rayonundakı  Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nın yaxınlığında Yapon mədəniyyətinin   simvollarından biri olan  “Mamır bağı”  da inşa edilsin. Bu bağın salınmasının mümkünlüyü barədə yerli mütəxəssislərlə ilkin müzakirəkər aparıldı və gördüyünüz kimi artıq işə start verilib.
    Razim Məmmədov bildirdi ki,  həyata keçirilən bu layihə də Yaponiya – Azərbaycan dostluq əlaqələrinə yeni töhfələrdən biri olacaq.  

Keçidlər