Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirildi

12 iyul 2018 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları  ilə əlaqədar hesabat yığıncağı keçirildi. İcra başçısı Razim Məmmədov məruzəsinə başlamazdan əvvəl Gəncə şəhərində baş vermiş məlum hadisələrə münasibət bildirərək qeyd etdi ki, Azərbaycanın qədim torpağında, dövlətçilik tariximizdə xüsusi yeri olan bir regionda müstəqilliyimizə, əmin-amanlığımıza, inkişafımıza qarşı təxribat törədilmiş, böyük bir şəhərin sakinlərinin rahatlığını pozmuşlar. Din pərdəsi altında əhali arasında çaxnaşma yaratmaq istəyən təxribatçı qüvvələrin qanunazidd  hərəkətlərinin qarşısı alınarkən iki qanun keçikçisi, yüksək rütbəli polis zabiti şəhid olmuşdur. Biz qəti əminik ki, Azərbaycan dövlətinin qüdrəti qarşısında bu kimi təxribatlar çox acizdir.
Toplantı iştirakçıları şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra hesabat yığıncağı işini davam etdidi.
Razim Məmmədov sosial-iqtisadi inkişafın 6 aylıq yekunları ilə bağlı hesabat məruzəsində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi ötən yarımildə  ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, ümumi daxili məhsul 1,3 faiz təşkil etmişdir. Qeyri-neft sektoru 2 faiz, qeyri neft sənayesi 8 faiz artmışdır. Kənd təsərrüfatında artım isə 7,6 faizə qalxmışdır. 
Valyuta ehtiyatlarımızın 44,3 milyard dollara çatdığını bildirən natiq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş nailiyyətlər bir tərəfdən ölkəmizin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və gəlirlərimizin sürətlə artmasına imkan vermiş, digər tərəfdən isə bu gəlirlərin səmərəli və düzgün idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsi  imkanlarını genişləndirərək, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində daha böyük sosial layihələrin reallaşdırılmasına şərait  yaradır.
İcra başçısı Xətai rayonunda da cari ilin birinci yarısında nəzərə çarpacaq müsbət dəyişikliklərin baş verdiyini, bu qısa tarixin də rayonun sosial-iqtisadi və mədəni həyatında  inkişaf və irəliləyişlərlə yadda qalacağını diqqətə çatdıraraq konkret nəticələrdən danışdı:
  -İlin birinci yarısında rayonun sənaye müəssisələri tərəfindən 670 milyon 26 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu müddətdə istehlakçılara 751 milyon 575 min manatlıq sənaye məhsullu göndərilmişdir.
Bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 244 milyon 552 min manat vəsait yönəldilmiş, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə isə 242 milyon 675 min manatlıq vəsait ayrılmışdır. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 453 milyon 189 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8faiz çoxdur
Natiq qeyd etdi ki, istehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 259 milyon 389 min manatlıq əmtəə satılmışdır. Bu əmtəənin 20 faizi hüquqi şəxs statuslu, 80 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarların payına düşmüşdür . Rayonun ticarət şəbəkələrindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 560 mln 144 min manat, qeyri-ərzaq mallarının həcmi isə 340 mln 620 min manat olmuşdur.
Hesabat dövründə rayonun iqtisadiyyatında çalışanların həyat səviyyəsinin yüksəldiyini vurğulayan icra başçısı bildirdi ki, bunun bir səbəbi də əhalinin işlə təmin edilməsilə bağlıdır. İlin əvvəlindən rayonun müəssisə və təşkilatlarında 2774 yeni iş yerləri açılmışdır ki,  onun da  925-i daimi iş yeridir.
Hesabatda ilin birinci yarısında rayonda aparılan abadlıq  və yenidənqurma işlərinin həcminin artdığı,  yolların təmiri və tikintisinin də daim diqqətdə olması,  nəqliyyatın təhlükəsiz gediş-gəlişini təmin etmək üçün iki tərəfli yeni yolların çəkilməsi, yollara yeni müasir işıqlandırıcıların quraşdırılmasında söz açılmışdır. İcra başçı xüsusi qeyd etmişdir ki,  hesabat dövrü ərzində Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlərin köçürülmələri tapşırığına əsasən iyun, iyul aylarında Dövlətqaçqınkomun nümayəndələri ilə birgə royonun bir çox ərazilərində məskunlaşmış məcburi köçkün ailələrinin siyahıları dəqiqləşdirilmiş və onların yaxın zamanlarda Lökbatan qəsəbəsində inşa olunan 1026 ailəlik yeni yaşayış kompleksinə köçürülmələri nəzərdə tutulmuşdur.
Hesabat məruzəsində rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin davam etdirilməsindən, əhalinin elektrik enerjisi, qaz vu su ilə fasiləsiz təminatı sahəsində əldə olunan uğurlardan da konkret faktlar diqqətə çatdırıldı.  Qeyd olundu ki, lift təsərrüfatında da maddi texniki bazanın möhkəmləndirilməsi və binalarda liftlərin yenisi ilə əvəz olunması işləri yüksək sürətlə həyata keçirilir.
Sonra məruzə ətrafında çıxış edən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və başqaları 2018-ci ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, respublikanın yüksək inkişaf tempi fonunda Xətai Rayon İcra Hakimiyyətinin gördüyü işlər qənaətbəxş hesab edilir və bundan sonra daha böyük nailiyyətlər əldə etmək üçün səy göstərəcəklərinə inanırlar.
Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı bütün qüvvələrin qarşıda duran vəzifələrin həyata keçirilməsinə səfərbər edilməsi üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər