Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Xətai rayonunda bır sıra tədbirlər keçirildi.

16 yanvar 2014 | 11:00

Xətai rayon 95 saylı orta məktəbdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətin başçısının müavini Jalə Abdıyeva 20 Yanvar faciəsinin tarixindən danışdı. Bildirdi ki,   həmin gün bütün dünya xalqımızın azadlıq ugrunda mübarizəsinin şahidi oldu. Tədbirdə o da qeyd olundu ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib.Xətai rayonu 263 saylı orta məktəbdə də anım təbbiri keçirildi. Şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində şam və sərv agacları əkdilər. Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Bildirildi ki, 20 yanvar çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. Sonra məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbii bədii kampazisiya nümayiş etdirildi.

Keçidlər