Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması istiqamətində növbəti addım atılıb

14 iyul 2018 | 11:00

Oktyabrın 25-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası istiqamətində növbəti addım atılıb.

13.07.2018-ci il tarixdə Xətai rayonunda yerləşən Oksigen İstehsalat Birliyinin inzibati binasında və həyətində məskunlaşmış 100-ə yaxın məcburi köçkün ailəsinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa edilmiş binalarda mənzillərlərlə təmin olunması prosesinə start verilmişdir. Artıq püşkatma əsasında 71 məcburi köçkün ailəsinə yeni mənzillərin orderləri təqdim olunub.

Sakinlər rahat şəraitdə köçürülmənin həyata keçirilməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nəqliyyat vasitələri və  yükdaşıyan maşınlarla təmin olunmuşlar.

Xətai rayon İcra Hakimiyyəti   sakinlərin rahat şəkildə köçürülməsi üçün lazım olan bütün zəruri tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. 

Keçidlər