Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

18 iyul 2018 | 11:00

18 iyul 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədovun sədrliyi ilə müşavirə keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçilərinin, rayon  MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və  Əhmədli bələdiyyələrinin sədrləri . rayon Xidmət İdarələri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Müşavirədə əsasən butun sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, yenidənqurma işləri, sosial-iqtisadi, tikinti-məişət işləri sahəsində həyata keçirilən müxtəlif layihələr,    xidmət sahələrinin fəaliyyətində baş verən nöqsanlar və digər məsələlər geniş müzakirə olundu.
  Müşavirədə rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov  tərəfindən işçilərin dövlət qulluqçusunun etik davranış normalarına ciddi riayət olunması, vətəndaşların şikayət və müraciətlərinə həssaslıqla yanaşılmasına diqqətiin daha da artırılması tapşırıldı.
Diqqətə çatdırıldı ki, rayon İcra Hakimiyyətində keçirilən qəbullarda, səyyar qəbullarda müraciətlər yerində araşdırılmalı, operativ qərarlar qəbul edilməli, tədbirlər görülməlidir. Xidmət sahələri də, bələdiyyə orqanları da dövlət müəssisələri ilə sıx əlaqədə işləməlidir.
Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər ərazilərinə nəzarəti gücləndirməli, ərazinin sanitar təmizliyinə, qeyri-qanuni küçə ticarəti ilə mübarizəyə, xüsusən də, ərazilərdə müxtəlif iş adamları, vətəndaşlar tərəfindən qanunsuz ağac kəsimlərinin qarşısı ciddi şəkildə alınmalıdır.

 

Keçidlər