Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətinin başçısı Ukrayna dairəsində, Neapol, M.Hadi küçələrində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar əraziyə baxış keçirmişdir

20 iyul 2018 | 11:00

Artıq bir necə gündür ki, Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsinin asfalt beton döşəməsinin  yenilənməsi işlərinə start verilmişdir.
Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyətinin, MKTB-nin məsul işçilərinin iştirakı ilə təmir gedən əraziyə baxış keçirmişdir.
Məlumat verilmişdir ki,  dairənin bir hissəsində təmir işləri tam başa çatıb. Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində də  təmir işləri yekunlaşıb.   Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aparılan abadlıq- quruculuq işləri ilə əlaqədar aidiyyatı üzrə  müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər