Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda da bir qrup məcburi köçkün öz yeni mənzillərinə sahib olublar.

26 iyul 2018 | 11:00

Qəzalı binalarda eləcə də yarımçıq tikililərdə məskunlaşan ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin yeni yaşayış komplekslərinə köçürülməsi işləri davam etdirilir. Bu işlərin davamı olaraq Xətai rayonunda da bir qrup bu qəbildən olan ailələr öz yeni mənzillərinə sahib olublar.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşrıqlar bu qəbildən olan soydaşlarımızın hər zaman diqqət və qayğıdan kənarda qalmadığını göstərir. Bunun nəticəsi olaraq hər il onların mənzil şəraiti, eləcə də maddi rifah halı yaxşılaşdırılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı verdiyi tapşırıqlar isə bu qəbildən olan insanlara göstərilən diqqətin daha bir nümunəsi oldu. Bu işlərin davamı olaraq Xətai rayonunun bir sıra ərazilərində o cümlədən, Cavaşir küçəsi 4, 10-a, Radiozavudun yataqxanası, Oksigen İstehsalat Birliyinin ərazisində yaşayan və uzun müddətdir ki, qəzalı, yarımçıq tikililərdə yaşayan  məcburi köçkün ailələrin yeni müasir səviyyədə tikilən Qobu yaşayış kompleksinə köçürülməsinə başlanılıb. Artıq 250 ailə öz yeni mənzillərinə sahib olublar.    
Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca  98-ci şəhərcikdir. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

Keçidlər