Rayon ərazisində qanunsuz hasarlanmanın qarşısı alındı
Xətai rayon İcra Hakimiyyəti rayon ərazisində müvafiq təşkilatlar və xidmət sahələrinin əməkdaşları ilə birgə mütəmadi olaraq küçə ticarəti ilə mübarizə, qeyri-qanuni tikintilərə nəzarət,, ekoloji durum, ərazilərin sanitar təmizliyi və s. Istiqamətdə reydlər təşkil edir.
Reydlər zamanı yol verilmiş qanun pozuntularının dərhal aradan qaldırılması üçün operativ tədbirlər görünür. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının sahibkar tərəfindən qeyri-qanuni olaraq hasara alınması haqqında məlumatın yerində araşdırılıb tədbir görünməsi üçün əraziyə baxış keçirilmişdir.
Məlum olmuşdur ki, həmin ünvanda sahibkar özünə məxsus ərazini hasara alarkən dayanacağa aid olan ərazinin də bir hissəsni qanunsuz olaraq hasarlamışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində sahibkar tərəfindən çəkilmiş hasar sökülmüş, ərazi təmizlənərək ilkin vəziyyət bərpa edilmişdir.