RAYON ƏRAZİSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN İAŞƏ OBYEKTLƏRİNDƏ TƏMİZLƏYİCİ QURĞULARIN QURAŞDIRILMASINA BAŞLANILIB+VİDEO
Məlumat verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayının artması ilə bağlı geniş müşavirə keçirilmişdir.
Müşavirədə ictimai iaşə obyektləri, şadlıq sarayları, restoran, kafelər atmosferə tüstü buraxmaqla havanı çirkləndirilir, ekoloji tarazlığın pozulmasına səbəb olur. Eləcə də bu obyektlərin fəaliyyət göstərdiyi ərazilərdə tüstü bacalarından çıxan zərərlo maddələr insanların sağlıamlığı üçün təhlükə yaradır. Xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü insanlarda diskomfort yaradır, vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Buna görə də obyekt sahiblərinə ciddi xəbərdarlıq edilərək tez bi zamanda tüstü bacalarında xüsusi təmizləyici qurğuların quraşdırılması üçün verilən vaxt daha on beş gün artırılmışdır.
Bununla bağlı rayon ərazisində obyekt sahibləri tərəfindən zəruri tədbirlər görülməsinə başlanılmışdır. Artıq bir neşə ıadlıq evində təmizləyici qurğular quraşdırılmış və sınaqdan keçirilmişdir. Qurğular quraşdırılarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən norma və qaydalara cavab verən tövsiyələr nəzərə alınır.
https://www.facebook.com/panah.imanov.3/videos/10156671081579433/