Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı

23 yanvar 2014 | 11:00

22.01.2014-cü il tarixdə 138 saylı tam orta məktəbin akt zalında rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmətlərinin rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin, sakinlərinin  iştirakı ilə  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsi Dəyanət Əzizovun hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bu müddət ərzində138 saylı ümumtəhsil orta məktəbi əsaslı təmir edilmişdir. Məktəbin şagird və pedoqoji kollektivin istifadəsinə verilməsində ölkə  başçısı cənab İlham Əliyev iştirak etmişdir.
       Regional inkişaf proqramına əsasən Zərifə Əliyeva adına 210 nəfərlik müasir tipli uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Həmin bağçanın açılışında Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputati  Mehriban xanım Əliyeva iştirak etmiş və bununla da rayonumuza olan diqqət və qayğısını bir daha təsdiqləmişdir. Eyni zamanda Telnov küçəsində yerləşən 8 saylı uşaq bağçasının əsaslı təmirindən sonra açılışında da iştirak etmiş, bununla yanaşı ərazimizdə olan 8 məktəb, 6 uşaq bağçası , 3 saylı körpələr evi, 6 saylı poliklinika  əsaslı təmir olunmuş,7 saylı poliklinika, 236 saylı uşaq bağçası və Protez ortopedik  bərpa mərkəzində əsaslı təmirin tamamlanma mərhələsindədir. 205 saylı uşaq bağçası əsaslı təmirə dayandırılmışdır, təmirə ehtiyacı olan məktəb və uşaq bağçaları Dövlət Proqramına əsasən təmir olunacaq.
2013-cü il ərzində nümayəndəliyin ərazisində əsas və məhəllə daxili küçələrdə 8295 kv/m  asfalt örtüyü yenilənmişdir. Konkret olaraq  Sarayev küçəsi 22 saylı ünvanda 700 kv/m, M.Rüstəmov küçəsi 8-də 1200 kv/m və  A.Rəhimov küçəsinin asfalt örtüyü tamamilə yenilənmişdir.
Ərazimizdə olan hündür mərtəbəli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması istiqamətində binaların zirzəmilərindən su xətlərinin xaricə çıxarılması üçün "Azərsu" ASC tərəfindən "pilot-layihə" həyata keçirilir. Hal-hazırda Telnov , Neapol, Sarayev , M.Rüstəmov, S.Ə.Şirvani A.Rəhimov, Q.Nəbi, M.Hadi kücələrində yerləşən binalarda bu işlər tamamlanmışdır. Ərazimizdəki binaların zirzəmilərində olan su xətlərinin  80%-i xaricə çixarılmış və "smart kart" tipli elektron sayğaclarla təchiz olunmuşdur. Qeyd edək ki, həmin küçələrdə  yanğın təhlükəsizliyinə qarşı qidrantlar quraşdırılmışdır. Dövlət proqramına uyğun olaraq qaz təchizatının yaxşılaşdırılması ilə bağlı 13450 abunəçinin sayğacı yenilənərək "smart kart " tipli elektron sayğacı ilə əvəz olunmuşdur. Bu sahədə yeni tipli  sayğaclaşdırma 98,7 % təşkil edir.
Hesabat dövründə istilik mövsümünə hazırlıqla bağlı, “Azəristiliktəchizat “ ASC–nın rayon üzrə fəaliyyət göstərən binaların məhəllədaxili və zirzəmidə aşağıpaylama istilik xətlərində  69  yaşayış binasında əsaslı və cari təmir işləri aparılmışdır.
  Binalarda yerləşən 570 ədəd liftdən 345 ədədi müasir tipli liftlərlə əvəz olunmuşdur. Yenilənmə işləri davam etdirilir. Qeyd edək ki, ərazimizdə 96 ədəd məişət tullantıları meydançası inşa edilmişdir və yeni tipli iri həcmli 1100 lt-lik 213 ədəd, 412 lt-lik 202 ədəd konteyner yerləşdirilmişdir.
Neapol dairəsində şəhidlər abidə kompleksi yenidən qurulmuş və 28 şəhidin xatirəsi əbədiləşdirilmişdir.

Keçidlər