Xətai rayonunda “Abad həyət” layihəsi üzrə işlər geniş vüsət almışdır
Xətai rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Xətai rayonu ərazisində Xudu Məmmədov küçəsi 4 və 4 a saylı ünvanların qarşısında yeni salınmış abad həyətdə abadlıq-quruculuq işləri yekunlaşıb. Müxtəlif əyləncə və idman qurğuları ilə təchiz olunmuş park istifadəyə hazırdır.
Həmçinin ünvandakı binalarda da əsaslı təmir işləri aparılıb, binaların qapı və pəncərələri yenilənib. Binaların dam örtükləri təmir edilir, yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunub. Blokların girişlərinə qapılar qoyulub və pəncərələri yenisi ilə əvəz olunub, pilləkən qəfəsləri tam təmir edilib. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənib.
20.08.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə baxış keçirib, yekun tamamlama işləri ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.