Xətai rayonunda 220 yerlik körpələr evi – uşaq bağçasının əsaslı təmiri aparılır
Rayon ərazisində dövlət və digər investisiya proqramları, pilot layihələr, eləcə də, abadlıq- quruculuq işləri çərçivəsində yenidənqurma, təmir - tikinti işləri davam etdirilir.
Bu işlərin davamı olaraq rayon ərazisində 1986-cı ildən fəaliyyət göstərən 257 saylı 12 qruplu, 220 yerlik körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri aparılır.
Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov İcra Aparatının məsul işçiləri, rayon MKTB-nin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə əraziyə baxış keçirmiş və müvafiq tapşırıqlar vermişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müasir standartlara cavab verən təmir işləri zamanı qaz, işıq, su xətləri tamamilə yenilənəcək, bağçanın həyəti abadlaşdırılacaq, həyət yeni işıqlandırma sistemi ilə təchiz ediləcək və digər zəruri işlər həyata keçiriləcək.