Vətəndaşların müraciətləri dinlənilmişdir
21 avqust 2018 | 11:00
Xətai rayonunda Babək prospektində yol təsərrüfatında aparılan tikinti işləri ilə əlaqədər su xətlərinin yenisi ilə əvəz olunması işləri həyata keçirilir.
Aparılan təmir işləri ilə əlaqədar rayonun İlham Məmmədov küçəsində su təchizatında fasilələr yaranmışdır.
Rayon İcra Hakimiyyətinə bu məsələ ilə bağlı müraciət etmiş həmin küçədə yaşayan bir qrup sakin Başçının müavini Etibar Əhmədovun və məsul əməkdaşlarını iştirakı ilə qəbul edilmişdir.
Sakinlərin su təchizatı ilə bağlı qaldırdıqları problemin qısa müddət ərzində həlli məqsədilə dərhal Xətai rayon “Sukanal” İdarəsinin rəhbərliyinə müraciət olunmuşdur.
Hazırda problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir.