XƏTAİ RAYONUNDA QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ HUMANİTAR AKSİYA KEÇİRİLDİ.
22-23 avqust 2018-ci il tarixlərində Qurban bayramı münasibətilə Xətai rayonunda müxtəlif tədbirlər keçirilmişdir. Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən humanitar aksiya çərçivəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinə, Vətən Müharibəsi Veteranları İctimai Birliyinə, Xətai rayon Veteranlar təşkilatına, Ağsaqqallar Şurasına, Əlillər Cəmiyyətinə, Qızıl Aypara cəmiyyətinə, 3 saylı uşaq evinə və digər ictimai birlik və təşkilatlara, eləcə də rayon ərazisində yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə, tənha ahıllara və aztəminatlı ailələrlə görüşlər keçirildi, Qurban sovqatları paylanıldı.
Xətai rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə çıxış edənlər Qurban Bayramı münasibətilə xalqımızı, eləcə də, Xətai rayon sakinlərini təbrik etdilər. Həmçinin vurğulandı ki, belə tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşmasının və vətəndaşlara dövlət qayğısının təzahürüdür. Bu gün cənab Prezidentin, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın timsalında belə imtiyazlı ailələrə dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyev ideyalarının, siyasətinin uğurlu davamının və inkişafının bariz nümunəsidir.
Tədbirlərdə iştirak edən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.