Şriftin ölçüsü :

Saytın rəngi :

Naximov küçəsi və ona yaxın olan ərazilərdə abadlıq işləri aparılıb

30 avqust 2018 | 11:00

Abadlıq və quruculuq işləri çərçivəsində növbəti reyd və iməcilik rayonun Naximov küçəsi boyu və ona yaxın olan ərazilərdə keçirilmişdir. Görülən işlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə gəlmiş və görülən işlərlə tanış olmuşdur.

Rayonun küçə və meydanlarında, səkilərdə, bazarların ətrafında, avtobus dayanacaqlarında, metro stansiyalarının giriş və çıxışlarında qanunsuz küçə ticarətinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Xətai rayonunda insanların gediş-gəlişinə mane olan, küçənin estetik görkəminə xələl gətirən, müasir memarlıq normalarına cavab verməyən tikililər, yöndəmsiz reklamlar,  antisanitariyaya səbəb olan, sakinlər   üçün problemlər yaradan qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən işlər sakinlər tərəfindən də rəğbətlə qarşılanır.

 Əraziyə baxış zamanı rayon İcra Hakimiyyətinin başçısına yaxınlaşan sakinlər görülən işlərdən razı qaldıqlarını bildirmiş, onlar tərəfindən qaldırılan digər problemlərin həlli ilə bağlı  da  dərhal aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

 

Keçidlər