Xətai rayonunda qeyri-qanuni tikintilər və küçə ticarəti ilə mübarizə işləri davam etdirilir
Xətai rayonunda müvafiq təşkilatlar, eləcə də xidmət sahələrinin nümayəndələri ilə birgə rayon ərazisində qanunsuz tikinti və küçə ticarətilə mübarizə tədbirləri, abadlıq-quruculuq işləri, sanitar normalar, ekoloji durumun təmin olunması və s. işlər çərçivəsində davamlı olaraq keçirilən reydlər sakinlərin sağlamlığnın təmin olunmasına, onların rifah halının yaxşılaşdırılmasına asudə vaxtlarınin səmərəli təşkilinə hesablanmış tədbirlərdir.
Ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən bəzən səkilər qanunsuz olaraq zəbt edilir, yaxud da ticarət obyektlərinin sahibləri tərəfindən reklam və yaxud müştəri cəlb etmək məqsədilə satılacaq mallar dükan və mağazaların qarşısına yığılır ki, bu da insanların gediş-gəlişinə maneçilik yaratdığından insanların haqlı narazılığına səbəb olur.
Obyektlərin qarşısına vurulan yöndəmsiz reklam lövhələri və xarici dildə yazılar da rayonun estetik görkəminə xələl gətirir.
Xətai rayonunda bütün bu nöqsanların aradan qaldırılması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlər rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.