Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

24 yanvar 2014 | 11:00

23.01.2014-cü il tarixdə 254 saylı tam orta məktəbin akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmətlərinin rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin, sakinlərinin  iştirakı ilə  2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsi Məmməd Hüseynovun hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, iş planına əsasən 2013-cü il ərzində xidməti ərazi üzrə yaşayış, sosial təyinatlı, təhsil-səhiyyə müəssisələrinin və digər obyektlərin  su, qaz və istilik enerjisi ilə normal təchiz olunması üçün xidmət sahələrinin işlərinə ciddi nəzarət olunmuş, mühəndis kommunikasiya xətlərinin işlək vəziyyətdə saxlanılmasına tərəfimizdən nəzarət edilmişdir. Küçə və meydanların abadlaşdırılması, məhəllədaxili abad həyətlərin salınması, ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş, ərazidə fəaliyyət göstərən Mənzil Kommunal İstismar Sahələrinin  iştirakı ilə vaxtaşırı iməciliklər keçirilmiş, ərazidə ehtiyac olan  yerlərdə   ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmış və   onlara tərəfimizdən nəzarət edilmişdir. Hesabat dövrü ərzində rayon ərazisində aparılan genişmiqyaslı abadlıq , quruculuq və yenidənqurma işləri çərçivəsində  Ramiz Quliyev küçəsindən başlayaraq Ukrayna dairəsinə     qədər   mərkəzi   yolun   kənarlarına   yaşıllıq   zolağı  salınmışdır. 
Rahib Məmmədov küçəsində sakinlərin istirahəti üçün  yeni park istifadəyə verilmişdir. Bu parkda   sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, uşaq əyləncə elementləri quraşdırılmış, ana və uşaq kafesi inşa edilmişdir. Parkın ərazisində yaşıllıq salınmış, ağac  və   gül  kolları  əkilmişdir. Parkın   mərkəzi  hissəsində müasir tipli  fəvvarə quraşdırılmışdır.  Parkın ətrafında yerləşən  binaların  fasadları  rənglənmiş, binaların həyətinə  asfalt örtüyü vurulmuşdur.  Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab     İlham   Əliyev   iştirak   etmişdir .
Rayon ərazisində Mənzil Kommunal Təsərrüfatı Birliyinin və tabelikdə olan MKİS-lərin  köməkliyi ilə bir çox ünvanlarda yaşayış binalarının   ətrafında sakinlər tərəfindən zəbt olunmuş sahələr sökülmüş və həmin sahələr abadlaşdırılaraq  sakinlərin istifadəsinə verilmişdir.  Binaların həyətində salınmış abad həyətlərdə iməciliklər keçirilmiş və yaxınlıqda yaşayan sakinlərin  istirahəti   üçün   şərait   yaradılmışdır.
Hesabat dövründə  yeni tədris ilinin başlanması ilə  əlaqədar 249 saylı orta məktəbin  əsaslı təmirdən sonra  açılışı olmuşdur. Məktəbə gedən yolların kənarında   yerləşən obyektlərin və məktəbin ətrafında olan binaların fasadları  rənglənmiş və əhalinin rahat gediş-gəlişi üçün yolların  və səkilərin asfalt örtüyü yenilənmişdir. Açılışda Azərbaycan  Respublikanının Prezidenti cənab İlham Əliyev iştirak   etmişdir.
Hesabat   dövrü ərzində ərazidə yerləşən 315 saylı uşaq bağçası əsaslı təmir olunmuş, bağçanın ətrafında olan  binanın fasad hissəsi rənglənmiş, yolları və səkilərə yeni  asfalt örtüyü vurulmuş, işıqlandırılma sistemi yenilənmişdir. Bağçanın açılışında Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım   Əliyeva   iştirak   etmişdir.
Nümayəndəlik Cavanşir küçəsi 6 və 8 ünvanında  yerləşən qəzalı vəziyyətdə olan yataqxanada yaşayan sakinlərlə görüşlər keçirmiş və mövcud olan problemlərlə   yerində tanış olmuşdur.
2013-cü  il  ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti , Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon   İcra  Hakimiyyətinin   təşəbbüsü   ilə məhəllədaxili yol  və  səkilərə  asfalt  örtüyü  vurulmuşdur.  Cavanşir, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər, Məhəmməd  Hadi, Nəsirəddin Tusi, General Şıxlınski  küçələrinə və məhəllədaxili yollara ümumilikdə 56.709 kv.metr   asfalt  örtüyü    vurulmuşdur.
Xidməti ərazimizdə məişət tullantılarının yığılması üçün  yeni meydançalar tikilmiş və ehtiyac olan meydançalarda  Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti  tərəfindən verilən  əlavə yeni  konteynerlər yerləşdirilmişdir. Ərazidə yerləşən köhnə meydançalar  təmir olunur, məişət tullantıları qrafik üzrə daşınır və  nəzarət    olunur.
Hesabat dövründə istilik mövsümünə hazırlıqla bağlı, “Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyətinin rayon üzrə fəaliyyət göstərən təşkilatları tərəfindən məhəllə  daxili xətlərin və zirzəmilərdə aşağı paylayıcı xətlərinin  əsaslı  təmiri işləri aparılmışdır. Mehmandarov və Şıxlinski ünvanlarında olan binaların istiliklə təchiz olunması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən yeni tipli qazanxanalar tikilmiş və  binaların zirzəmilərində istilik sisteminin aşağı paylayıcı xətləri əsaslı təmir   olunmuşdur.
2013-cü  ilin aprel ayından  binalarda liftlərin yüksək keyfiyyətli yeni liftlərlə əvəz olunmasına başanılmışdır. Ərazimizdə   olan Vunq Tau küçəsi 11, Nəsirəddin Tusi küçəsi 14, 31, 6, 18, Aşıq Ələsgər küçəsi 4 saylı ünvanlarda liftlərin  yenisi ilə  əvəz olunması işləri artıq başa çatdırılmışdır. Hal-hazırda Nəsrəddin Tusi küçəsi 2, Vunq Tau küçəsi   11a   saylı  binalarda   yeni   liftlər    quraşdırılır.
Ötən müddət ərzində inzibati ərazimizdə küçə ticarətinə qarşı mübarizə tədbirləri gücləndirilmiş, rayon İcra Hakimiyyətinin və Baytarlıq idarəsinin əməkdaşları ilə    birlikdə    reydlər     keçirilmişdir.

Keçidlər