Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 249 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüşü keçirildi

14 sentyabr 2018 | 11:00

14.09.2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının  249 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüşü keçirildi.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı.

Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər