Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr - Bilik günü münasibətilə ölkənin hər yerində olduğu kimi Xətai rayonunda da bayram tədbirləri keçirilib

15 sentyabr 2018 | 11:00

Xətai rayonda fəaliyyət göstərən 37 ümumtəhsil məktəbində  keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul şəxsləri həmçinin bələdiyyə sədrləri iştirak ediblər. Rəsmilər  çıxışlarında Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Bildiriblər ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Qeyd olunub ki, bu il rayon üzrə 5430 nəfər birinci sinfə qədəm qoyur. Yeni tədris ilində ali məktəblərə 1687 nəfər daxil olub. 248 nəfər 500-dən, 121 nəfər 600-dən, 74 nəfər isə 650-dən yuxarı bal toplayıb. 6 nəfər isə prezident təqaüdünə layiq görülüb.
       Çıxış edən rayon müəllimləri, ziyalılar və valideynlər yeni dərs ili münasibətilə müəllim və şagird heyətini xüsusilə də birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar.
    Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar.

Keçidlər