Şriftin ölçüsü :

Saytın rəngi :

Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin hesabat yığıncaqları davam edir.

25 yanvar 2014 | 11:00

24.01.2014-cü il tarixdə 221 saylı tam orta məktəbin akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərinin  iştirakı ilə  3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsi Nəbi Şirinovun hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, nümayəndəlik ötən 1 il müddətində Xətai rayon İcra Hakimiyyətinin Başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirməyə çalışmışdır. 3 nömrəli nümayəndəliyi öz vəzifə və səlahiyyətləri çərçivəsində ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə, bələdiyyə, qeyri hökümət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyəti təmin etmək üçün təsdiq edilmiş perspektiv iş planı hazırlamış, o cümlədən, Xətai rayon “MKTB” ilə, Xətai rayon “Qaz istismar” sahəsi ilə, Xətai rayon “Enerji təchizatı və satışı” şöbəsi, “Azərsu ASC Xətai rayon su kanal departamenti”, “Bak-lift” ixtisaslaşdırılmış istehsalat idarəsi, “Azəristiliktəchizat” ASC, “Bakı şəhər işığı, Xətai texniki küçə işıqları” istismarı sahəsi və “Xətai rayon yaşıllaşdırma idarəsi” ilə qarşılıqlı fəaliyyət göstərmişdir.
Hesabat dövründə tərtib olunmuş əsasnamədə göstərilən vəzifə və səlahiyyətlər çərçivəsində mənzil-komunal təsərrüfatı və mənzil istismarı sahəsində məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma fəaliyyətini əlaqələndirmiş, ərazidə olan və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmış, Azərbaycan Respublikası seçki məcəlləsinə müvafiq olaraq daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilər haqqında məlumatları toplamışdır.
Təsərrüfat üzvləri haqqında məlumatların əldə edilməsi məqsədilə sakinlərin yaşadığı ünvanlara gedilmiş, fərdi qaydada söhbət aparılmışdır. Ərazidə olan yaşayış evləri, fərdi tikililər və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Həmçinin Əbilov, Naximov, Dənizçi küçələrində yerləşən fərdi yaşayış sakinlərinin də qeydiyyatı aparılmışdır.Hesabat ərzində metodik göstərişə əməl olunmaqla 130 təsərrüfat başına uçot kitabı yazılmış və təsərrüfat sayı 14540 nəfər təşkil etmişdir.
Nümayəndəlik fəaliyyət göstərdiyi dövr ərzində vətəndaşlarla aktiv iş aparmışdır. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”  Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilmiş, onların şikayətləri dinlənilmiş, sosial əhəmiyyətli sifarişlər öyrənilmişdir. Sakinlərin müraciətləri əsasında Gəncə pr-ti 44-də yerləşən  şəhid abidəsinin ərazisində abadlıq işləri aparılmış, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilmiş,  N.Tusi və Gəncə pr-tindəki uşaqlar üçün oyun meydançalarının və yaşayış binalarının ətrafının təmizliyinə xüsusi diqqət yetirilmişdir. Sakinlərlə mütəmadi görüşlər keçirilmiş, şikayətləri dinlənilmiş və müvafiq tədbirlər həyata keçirilmişdir.
Məişət tullantılarının yığılması, daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin həyata keçirilməsində, ərazidə su və kanalizasiya axıntılarını qarşısının alınmasında və sakinlərin digər problemlərinin həllində rayonun Xidmət İdarə və Sahələri ilə qarşılıqlı fəaliyyət təmin olunmuş, ərazidə fəaliyyət göstərən Mənzil-Komunal İstismar sahələri ilə sıx əməkdaşlıq qurulmuşdur. Ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində ət kəsimi ilə məşğul olan fiziki şəxslərin fəaliyyəti rayon Gigiyena və Epidemialogiya Mərkəzinin, rayon Baytarlıq xidmətinin mütəxəsislərinin iştirakı ilə tərəfimizdən daim nəzarət altında saxlanılmışdır. Gündəlik ərazinin təmizliyinə xüsusi diqqət yetirilmiş, ərazidə olan söküntü işlərinə nəzarət edilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Həmçinin qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbir görülmüşdür.
Xətai rayon İcra Hakimiyyəti Başçısının 211 nömrəli, 24.07.2013 tarixli     “Azərbaycan  Respublikasında dövlət dili haqqında” Qanunun müvafiq bəndlərinin icrasının təmin edilməsi haqqında sərəncamına uyğun olaraq, rayon İcra Hakimiyyətinin məsul işçiləri və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu əldə rəhbər tutaraq, ərazidə fəaliyyət göstərən bütün növ xidmət sahələrinin adlarında, reklam lövhələrində Azərbaycan dilinin işlədilməsinə ciddi nəzarət etmək üçün ərazidə reydlər keçirmişdir. Belə ki, Gəncə prospekti 57, 67; İnqilab İsmayılov 8, 56; Nəsrəddin Tusi 49; Sadıqcan küçəsi 830-cu keçid;  Naximov, Ə.Şıxlınski və S.Mehmandarov küçələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin əcnəbi dildə yazılmış adları və reklam lövhələri Qanunuvericiliyin tələblərinə uyğun olmayan 31 reklam lövhəsi sökülmüşdür. 20-dən çox hüquqi və fiziki şəxsə obyektləri qarşısındakı uyğun gəlməyən reklam yayımlarının çıxarılması barədə ciddi xəbərdarlıq edilmişdir. 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik hal-hazırda  ərazidə reydlər keçirir və qanun tələblərini pozan obyektlər aşkarlanaraq barələrində ciddi tədbirlər görülür. Əsasnaməyə uyğun olaraq  ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyəti təmin edilmişdir.
3 nömrəli SİƏD-i 1 il müddətində öz inzibati ərazisində yaşayan sakinlərlə fərdi və kollektiv şəkildə görüşlər keçirmiş, onların şikayət və müraciətlərini dinləyərək bu haqda Xətai rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinə və digər rayon xidmət idarələrinə mütəmadi məlumatlar vermişdir. Xidməti ərazidə yaşayan vətəndaşların şikayət və müraciətlərinin əksəriyyəti məhəllədaxili yolların asfaltlaşdırılması və həyətlərin abadlaşdırılması olmuşdur. Bu məsələlərin həlli üçün Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər MKTD-i və Xətai rayon MKTB ilə birlikdə tədbirlər planı hazırlanmış və bu plana uyğun olaraq ən vacib olan məhəllədaxili yollara asfalt vurulmuşdur. Belə ki, MKİS-in vacib saydığı əsas məhəllələr, daxili yollar, məktəb və bağçalara gedən yollar müəyyənləşdirilmiş, yazılı şəkildə Başçının 3 nömrəli SİƏD-ə və MKTB-ə təqdim olunmuşdur. MKTB tərəfindən bu işlərin icrası mərhələli şəkildə həyata keçirilmişdir. Belə ki, Gəncə pr-ti 44-cü binanın qarşısı tam əsaslı təmir olunmuşdur. Binanın qarşısında təmir-bərpa işləri aparılmış, bardiorlar dəyişdirilmiş, oturacaqlar yenilənmiş, sakinlərin asudə vaxtlarını daha rahat keçirmələri üçün istirahət guşələri, uşaqlar və yeniyetmələr üçün idman qurğuları quraşdırılmışdır. Məhəlləyə tam asfalt örtüyü vurulmuş və sakinlərin istifadəsinə verilmişdir. O cümlədən, İ.İsmayılov küçəsində yerləşən 20 binanın, G.Mehmandarov küçəsində yerləşən 6 binanın məhəllədaxili yollarına tamamilə asfalt vurulmuşdur. İnzibati ərazidə yerləşən N.Tusi, Gəncə pr-ti, G.Mehmandarov, İ.İsmayılov, G.Şıxlınski küçələrində də yerləşən binaların qarşısında da təmir bərpa işləri aparılmışdır. Xətai rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə pr-ti və Zığ yolu təmir tikinti işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-2013-cü il regionların sosial və iqtisadi inkişafının surətlənməsinə dair dövlət proqramına salınmışdır. Belə ki, Gəncə pr-tində yol infastrukturu tamamilə yenidən qurulmuş, kommunikassiya xətləri yenilənmiş, səkilər yenidən salınmış, yeni işıq dirəkləri, yeni işıqforlar qoyulmuşdur. Prospekt boyu köhnə bardiorları yeni müasir standartlara uyğun mərmər bardiorlarla əvəzlənmişdir. Zığ şossessində Beton yolu kimi tanıdığımız yolda da yenidənqurma işləri aparılmışdır. Hal-hazırda həmin yolda işlər tamamlanmaq üzrədir. Xidməti ərazidə yerləşən binaların damlarına ümumilikdə 11.050 kv.metr dam örtüyü vurulmuşdur. Hal-hazırda bu işlər MKİS-in işçiləri tərəfindən həyata keçirilir.
3 nömrəli SİƏD-də 135 çoxmənzilli binada 590 lift var. Bu liftlərdən 588-i işlək vəziyyətdədir. Liftlərin böyük əksəriyyətində əsaslı və cari təmirə ehtiyac olduğu üçün tərəfimizdən həmin liftlər qeydiyyata götürülmüş və bu haqda Xətai rayon MKTB-ə və 3 saylı “Bakı lift ixtisaslaşdırılmış istehsalat idarəsi”ə yazılı məlumat verilmişdir. “Lift təmir istehsalat birliyi” ”TEMP” dövlət müəssisəsi tərəfindən inzibati ərazimizdə yerləşən binalarda 129 yeni lift quraşdırılmışdır. 18 liftdə cari təmir işləri aparılmış, hal-hazırda da bu işlər davam etdirilməkdədir.
Hesabat dövründə istilik almayan binaların siyahısı tutulmuş, “ Azəristiliktəchizat” ASC Xətai rayonu istilik sistemləri istismar sahəsi və MKTB-nə yazılı şəkildə məlumat verilmişdir. MKTB qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına salınmış istilik almayan binalara istiliyin verilməsini əlaqədar təşkilatlar birlikdə həyata keşirmişdir. Hal-hazırda 124 bina fasiləsiz olaraq istiliklə təmin olunmuşdur. Gəncə pr-ti 54, 56, 91 nömrəli binaların istilik təminatı məqsədi ilə Azəristilik və MKTB tərəfindən ərazidə təmir bərpa işləri aparılır. Hazırda investesiya proqramına uyğun olaraq paytaxtın eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu investesiya proqramı çərçivəsində Xətai rayonunun su və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Bu işlər nəticəsində xidməti ərazidə yerləşən çoxmənzilli binaların və fərdi evlərin su təminatı xeyli yaxşılaşdırılmışdır. Belə ki, əvvəllər bu çəxmənzilli binalar fasilələrlə su alırdısa indi bu mənzillərin əksəriyyəti 24 saat ərzində daimi su ilə təmin olunurlar. Bu işlər xidməti ərazimizdə indi də davam etdirilir. Hesab edirik ki, işlər yekunlaşdıqdan sonra xidməti ərazimizdə olan bütün çəxmənzilli binalar və fərdi evlər gündəlik daimi su ilə təmin olunacaqdır.
1 illik fəaliyyət dövründə inzibati ərazimizdə xeyli yaşıllaşdırma işləri o cümlədən, ağacların əkilməsi, yeni yaşıllıqların salınması, qazonların döşənməsi, dekorativ ağacların, güllərin  əkilməsi işləri aparılmışdır. Bu yaşıllıqların qorunması üçün yeni su quyuları qazılmış, su xətləri çəkilmişdir. Hal-hazırda bu yaşıllıqların qorunması tərəfimizdən gündəlik diqqət mərkəzində saxlanılır.

Keçidlər