Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI YANĞIN BAŞ VERƏN ƏRAZİYƏ BAŞ ÇƏKMİŞDİR

21 sentyabr 2018 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün günorta saatlarında rayonun  Süleyman Vəzirov küçəsində yerləşən “Xəzər” kafesində baş verimiş yanğın hadisəsi ilə əlaqədar əraziyə baş çəkmişdir.

Məlumat verilmişdir ki, hadisə ilkin ehtimallara görə qısaqapanma nəticəsində baş vermişdir. Obyektin ikinci mərtəbəsi yüngül konstruksiya və plastik materialdan inşa edildiyindən alışma sürətlə baş vermişdir. Nəticədə 400 kv.m. sahə ani şəkildə yanmışdır. FHN Müvafiq xidməti tərəfindən yanğın söndürülmüş və ətraf obyektlərə keçməsinin qarşısı alınmışdır. Yanğının baş vermə səbəbləri araşdırılır.
İcra Başçısı Razim Məmmədov əlaqədar təşkilatlar və xidmət sahələrinin rəhbərlərinə yanğının fəsadlarının aradan qaldırılması, ərazinin təmizlənməsi və digər zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Keçidlər