Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

27 sentyabr 2018 | 11:00

27 sentyabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətində  müşavirə keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, rayon  MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və  Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Müşavirədə əsasən butun sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, yenidənqurma işləri, sosial-iqtisadi, tikinti-məişət işləri sahəsində həyata keçirilən müxtəlif layihələr, rayon ərazisində çoxmənzilli yaşayış binalarının girişlərinin təmiri, "Abad həyət" layihəsi çərçivəsində görülən işlər, pilot layihələr, hər həftə abadlıq-təmizlik işləri ilə bağlı iməciliklərin keçirilməsi,  rayon ərazisində mövcud yaşıllıqların qorunması, ərazinin sanitar təmizliyinə, qeyri-qanuni küçə ticarəti ilə mübarizəyə, şəhərin ümumi görkəminə xələl gətirən, mənzillərin eyvanlarından paltar qurutmaq üçün asılan iplərin ləğv edilməsi,  xidmət sahələrinin fəaliyyətində baş verən nöqsanlar və digər məsələlər geniş müzakirə olundu.
  

Keçidlər