RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL ETDİ
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyətinə müraciət etmiş Aşıq Qurban küçəsi 19 ünvanında yaşayan bir qrup sakini qəbul etmişdir.
Qəbul zamanı sakinlərin yaşadıqları məhəllənin abadlaşdırılması və həyətdəki istirahət parkında yenidənqurma işlərinin aparılması ilə bağlı müraciətləri dinlənilmişdir.
Növbəti gün rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon Polis İdarəsinin rəisi Muradəli Babayevin iştirakı ilə əraziyə baxış keşirmişdir. Burada məhəllə sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı onları narahat edən digər problemlər ilə də maraqlanmışdır.
Görüşdə məhəllənin abadlaşdırılması, asfalt örtüyünün yenilənməsi, həyətdəki istirahət guşəsində mövcud idman qurğularının təmiri və yenilənməsi, bina girişlərinin, fasadının təmiri və digər məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.