Yanvarın 25-26-da Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir
Yanvarın 25-26-da Xətai rayonunda, M.Rüstəmov küçəsində təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 170 maşın olmaqla 221,5 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Onlardan 102,1 ton tərəvəz, 83,4 ton meyvə, 3,4 ton ət, 31,8 ton kartof, 0,8 ton bostan məhsulları olmuşdur.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.