Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı tədbir təşkil olunub

29 sentyabr 2018 | 11:00

Xətai rayon Mərkəzi Kitabxana Sistemində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Xətai rayon İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin düzgün qərar olduğunu bildirib. Çünki Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda, Naxçıvan şəhərinin müasir inkişafı İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.
Daha sonra çıxış edənlər  Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsinin Muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yadda qalan bir hadisə olacağını bildiriblər.
Sonda “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı 2018” adlı video-çarx nümayiş olunub.

Keçidlər