Səyyar qəbulda qaldırılan problemin həlli daima diqqətdə saxlanılır
İcra Hakimiyyyəti başçısının 5 oktyabr 2018-ci il tarixdə 4 saylı sahə inzibati ərazi dairəsi üzrə 27 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulu zamanı vətəndaşlar tərəfindən qaldırılan Həsən Salmani küçəsində yaxınlıqda yerləşən xəstəxanalardan istifadə olunmuş tibbi ləvazimatların -məişət tulantıları üçün nəzərdə tutulan konteynerlərə və ətrafa atılması ilə bağlı olunmuş müraciətin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Bununla əlaqədar olaraq şikayət olunan əraziyə yaxınlıqda yerləşən xəstəxanaların baş həkimlərinin və nümayəndələrinin iştirakı ilə baxış keçirildi. Daha sonra rayon İcra hakimiyyətinin inzibati binasında rayon xəstəxanalarının rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
İclasda İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov diqqətə çatdırdı ki, istifadə olunmuş tibbi ləvazimatların əhalinin ümumi istifadəsində olan məişət tullantıları üçün nəzərdə tutulmuş qutulara atılması yolverilməzdir. Çünki, hər bir xəstəxananın ərazisində tullantılar üçün xüsusi qapalı yerlər ayrılmışdır. Bəzi istifadə olunmuş tibbi ləvazimatlar isə müəyyən edilmiş tələb və normalar uyğun olaraq ayrıca qablaşdırılaraq məhv edilmək üçün müəyyən edilmiş yerlərə göndərilir. Tibb müəssisələrinin rəhbərlərinə bir daha tövsiyyə olundu ki, bu kimi halların baş verməməsinə xüsusi diqqət ayırsınlar və xəstəxanaların ətrafında da təmizliyə nəzarət artırılsın.
Həmçinin, səyyar qəbul zamanı Yusif Səfərov küçəsi 10 saylı binanın sakinlərinin binanın həyətində skamyaların qoyulması ilə əlaqədar olan müraciətin həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin və əlaqədar xidmət sahələrinin rəhbərləri əraziyə baxış keçirilmişlər. Vətəndaşların xahişi nəzərə alınaraq binanın həyətində oturacaqlar quraşdırılmışdır.