Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində M.Mehdizadə küçəsinin sakinlərinin müraciətləri dinlənilmişdir

09 oktyabr 2018 | 11:00

 09.10.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinə müraciət etmiş M.Mehdizadə  küçəsi 2 və 4 saylı ünvanlarda yaşayan bir qrup sakin rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  tərəfindən  qəbul edilmişdir.

Sakinlərin sökülən evlərinin yerində pilot layihə əsasında aparılacaq  tikinti işləri ilə bağlı  müraciətləri dinlənilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pilot layihələr çərçivəsində M.Mehdizadə küçəsi 2 və 4 saylı ünvanlarda çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı sakinləri  maraqlandıran suallara rayon İcra Hakimiyyətinin başçısı və görüşdə iştirak edən məsul şəxslər tərəfindən aydınlıq gətirilmişdir.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

 

Keçidlər