Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirildi

10 oktyabr 2018 | 11:00

10 oktyabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə müşavirə keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçilərinin, rayon  MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri  və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı  nitqindən irəli gələn məsələlərlə əlaqədar keçirilmiş müşavirədə əsasən, butun sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, qanunsuz tikintilərə qarşı mübarizə, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında tüstü bacalarına xüsusi havatəmizləyici avadanlıqların quraşdırılması, sərnişindaşıma sahəsində yol verilən nöqsanlar,   mövcud yaşıllıqların qorunması  və bu kimi digər tapşırıqların  icrası ilə bağlı geniş təhlillər aparıldı.   

  Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən diqqətə çatdırıldı ki, həm rayon İcra Hakimiyyətində keçirilən qəbullarda, həm də səyyar qəbullarda müraciətlər yerində araşdırılmalı, operativ qərarlar qəbul edilməli, tədbirlər görülməlidir. Xidmət sahələri də, bələdiyyə orqanları da dövlət müəssisələri ilə sıx əlaqədə işləməlidir.
Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər ərazilərinə nəzarəti gücləndirməli, ərazinin sanitar təmizliyinə, qeyri-qanuni küçə ticarəti ilə mübarizəyə, xüsusən də, ərazilərdə müxtəlif iş adamları, vətəndaşlar tərəfindən qanunsuz ağac kəsimlərinin qarşısı ciddi şəkildə alınmalıdır.

Keçidlər